Türk ordusu İraqda: "Pəncə" əməliyyatı başladı - Ərdoğan əsgərlərə xeyir-dua verdi

28-05-2019 [16:00]

Türkiyə Şimali İraqda böyük yerüstü hərbi əməliyyata başlayıb.

Mia.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilib ki, Milli Müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi Yaşar Güler və quru qoşunlarının komandanlığı altında Şimali İraqda "Pəncə" əməliyyatına ilk olaraq top atəşləri ilə başlanılıb.

Az əvvəl isə Prezident Rəcəb Tayyip Ərdoğan əməliyyatla bağlı mesaj yayıb.

Prezident sosial şəbəkədəki hesabında yazıb ki, Iraqın şimalında yerləşən Hakurka doğru türk əsgərləri hərəkətə keçib: "Terror qrupu PKK-uya göz açdırmayan qəhrəman əsgərlərimizə sərhəddən kənardakı bu zorlu əməliyyatda uğurlar diləyirəm. Dualarımız sizlərlə. Allah yar və yardımçınız olsun".



SON XƏBƏRLƏR