Mindikləri taksi maşınını qaçıran iki keçmiş məhkum həbs edildi

img

28-05-2019 [15:05]


Şəkidə avtomobil qaçıran keçmiş məhkumlar saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini T.Mustafazadə mayın 27-i gecə saatlarında 2 nəfər sərnişini dedikləri ünvana çatdırdıqdan sonra onlar xidmət haqqını ödəməkdən imtina etdikləri üçün aralarında mübahisə yaranıb.

Daha sonra həmin şəxslər tərəfindən "VAZ 2109” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən tədbirlər nəticəsində həmin avtomobili qaçıran şəxslərin əvvəllər məhkum olunmuş 2 nəfər şəhər sakinləri - Zaur Rəşidov və Ruslan Həsənov olduqları müəyyən olunub.

Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Saxlanılan şəxslər həmin hadisə zamanı sərxoş olduqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR