Yeni 100 və 200 avroluq əsginazlar... - Fransada dövriyyəyə buraxıldı

28-05-2019 [14:40]

Bu gündən Fransada yeni 100 və 200 avroluq əsginazlardan istifadə ediləcək.

Mia.az "Report"a istinadla xəbər verir ki, Avropa Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılan yeni pul vahidləri 3D formatındadır.

Belə ki, əsginazları tərpədən yellədən zaman kiçik avro simvolu rəqəm ətrafında fırlanır. Eyni zamanda pullar yeni və daha müasir dizayna malik olmaqla yanaşı, yüksək təhlükəsizlik standartlarına uyğun hazırlanıb.

Əsginazlar daha kiçik olduqlarından istifadə üçün daha səmərəli və həmçinin uzunömürlü olacaqlar.



SON XƏBƏRLƏR