"Arsenal" və "Çelsi"nin Bakıda mətbuat konfransı... - Qatılacaq futbolçuları müəyyənləşib

img

28-05-2019 [12:40]


Bakıda İngiltərənin "Arsenal” və "Çelsi” komandalarının iştirakı ilə keçiriləcək UEFA Avropa Liqasının final oyunu ərəfəsində bu gün baş məşqçilərlə birgə mətbuat konfranslarına qatılacaq futbolçular müəyyənləşib.

Avropa futbol qurumundan verilən məlumata görə, "Arsenal”ın 17:45-də başlayacaq mətbuat konfransında baş məşqçi Unay Emeri ilə yanaşı, müdafiəçi Sokratis Papastatopulos və yarımmüdafiəçi Qranit Caka fikirlərini bölüşəcək.

"Çelsi”nin saat 20:15-ə təyin edilən mətbuat konfransında isə baş məşqçi Mauritso Sarrini kapitan Sesar Aspilikueta və müdafiəçi David Luis müşayət edəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR