Daha 50 Qarabağ müharibəsi əlilinə maşın verildi

img

28-05-2019 [11:49]


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

Mia.az nazirliyə istinadən bildirir ki, avtomobillərin təqdim olunması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbir iştirakçılarını 28 May - Respublika günü münasibəti ilə təbrik edib.

Qarabağ müharibəsi əlillərinin digər istiqamətlərdə də dövlət qayğısı ilə təmin olunduqlarını qeyd edən nazir müavini diqqətə çatdırıb ki, 2018-ci ildə 265 müharibə əlilinə minik avtomobili verilib: "Dövlət başçısının 18 mart 2019-cu il tarixli sərəncamı ilə ayrılmış vəsait 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına, beləliklə, cari ildə müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan artıq 50 avtomobil bu gün təqdim edilir. Bununla da indiyədək 6200-dək avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR