Suraxanıda Azərbaycan Xalq Cumhuriyyətinin öldönümü ilə bağlı silsilə tədbirlər keçirilib - FOTOLAR

img

28-05-2019 [11:38]


Suraxanı rayonunda Azərbaycanda Xalq Cumhuriyyətinin yaranmasının 101 illiyi münasibəti ilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

Mia.az xəbər verir ki, rayon ərazisində yerləşən tam orta məktəblərdə Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş dərslər, inşa yazı müsabiqələri, sənaye, səhiyyə, təhsil müəssisələrində dəyirmi masalar, müxtəlif idman yarışları təşkil olunmuş, 3 nömrəli Uşaq İncəsənət məktəbinin şagirdləri Azərbaycan Milli İncəsənət Muzeyində konsert proqramı ilə çıxış ediblər.

Keçirilən tədbirlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan "Əbədi ezamiyyət” və "Son iclas” bədii-sənədli filmləri nümayiş olunub. Azərbaycanın müstəqillik tarixinin nisbətən az öyrənilən qaranlıq səhifələrinə işıq salan, xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi keşməkeşli tarixə qürur hissi ilə baxmağa imkan verən bu filmlərin baş prodüseri və layihənin rəhbəri Arzu Əliyevadır.

Keçirilən tədbirlərdə, eyni zamanda qeyd edilib ki, ölkəmiz şərqin ilk demokratik respublikası olubr. Təkcə bu faktı dilə gətirmək özü bizi nə qədər qürurlandırır. Bu Azərbaycan tarixidir. Vətənimizin qızıl hərflərlə yazılmış tarixi.

Tədbirlərdə xüsusi vurğulanıb ki, 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti xalqa müstəqilliyin, azadlığın tamını daddırıb. 1991-ci ilin 18 oktyabrında 28 may günü qurulan cümhuriyyət yenidən bərpa olundu. Ancaq sovet hakimiyyətinin süqutu ilə 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycan bitib-tükənməyən hakimiyyət çəkişmələri, parçalanıb məhv olmaq təhlükəsi ilə üz-üzə gəlmiş, ermənilərin Azərbaycan torpaqlarının iyirmi faizini işğal etməsi nəticəsində bir milyondan çox soydaşımız qaçqın-məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Azərbaycanın müstəqilliyi yenidən təhlükə altında idi.
 
Ölkənin belə ağır vəziyyətdən xilasının yeganə yolunu görkəmli siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıtmasında görən həmvətənlərimiz onu təkidlə Bakıya dəvət etmiş, milyonlarla insanın təkidinə və xahişinə hörmətlə yanaşan Ulu Öndərimiz yenidən siyasi hakimiyyətə qayıdaraq 1993-cü il iyunun 15-də Milli Məclisin sədri seçilməsi ilə dövlət müstəqilliyinin qorunmasını, ölkədə sabitliyin, əmin-amanlığın yaranmasını, iqtisadiyyatın inkişafını təmin edib.

Müstəqilliyini yenicə əldə etmiş bir ölkədə iqtisadiyyatın yenidən qurulması, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, hüquqi və demokratik dövlət quruculuğu məhz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə dövlət müstəqilliyinin qorunub möhkəmlənməsində, iqtisadiyyatın inkişafında, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində yeni mərhələ başlayıb.

Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla təmin etməyə qadir olan güclü ordusu yaradılmış, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması təmin edilmiş, Azərbaycan iqtisadi inkişafın artımına görə dünyada ön sıraya çıxıb.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətlə davam etdirdiyi müstəqil Azərbaycanın siyasəti ölkəmizin yüksəlişi ilə yanaşı, həm də beynəlxalq mövqelərini möhkəmləndirib, imicini yüksəldib. Məhz bunun sayəsində regional gücə çevrilən və tam müstəqil siyasət həyata keçirən Azərbaycan, bir çox dövlətlərin strateji tərəfdaşı, beynəlxalq məsələlərdə söz sahibi olan ölkələrdən biridir.







Digər xəbərlər
SON XƏBƏRLƏR