Çin İrandan neft alışını dayandırdı

28-05-2019 [10:10]
Çin İrandan neft idxalını dayandırıb.

 "The Wall Street Journal” xəbər verir ki, bu addım ABŞ-ın bir sıra ölkələrə İrandan neft idxalına qarşı tətbiq etdiyi möhləti uzatmamaq barədə qərarından sonra atılıb. 

İran parlamentinin İqtisadiyyat komitəsinin üzvü Rəhim Zare bildirib ki, Çin, Yaponiya, Cənubi Koreya, Tayvan, Hindistan, Türkiyə, Yunanıstan və İtaliya bu ilin mart ayında İrandan gündəlik 1,6 milyon barel neft idxal edirdi. Bu ölkələrə də ABŞ tərəfindən 6 ay müddətinə möhlət verilmişdi/Report. 


SON XƏBƏRLƏR