Ərdoğandan yeni həmlə: "Kiçik Ərbakan"a yeni vəzifə verdi

27-05-2019 [21:33]
Türkiyə prezidentinin 15 may tarixli sərəncamı ilə yaradılan Yüksək Məsləhət Şurasının ilk üzvü bəlli olub. 

Mia.az "Cümhuriyet” nəşrinə istinadla xəbər verir ki, bu şəxs Bülənt Arınçdır.

2002-2005-ci illərdə Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri və Türkiyə baş nazirinin müavini vəzifələrini icra etmiş Arınç təyinat xəbərini özü açıqlayıb. 

O, Manisa şəhərində ailə dostları ilə bir araya gəldiyi iftar yeməyində bu barədə məlumat verib.

Onu da qeyd edək ki, Bilənt Arınç Türkiyədə yüksək natiqliq qabiliyyətinə görə "Kiçik Ərbakan" ləqəbi ilə tanınır.

Mia.az


SON XƏBƏRLƏR