Ombudsman nümayəndələri döyüş bölgəsində - Hərbi hissədə görüş olub

img

27-05-2019 [17:11]


Müdafiə nazirinin və Azərbaycan İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) birgə təsdiq etdikləri plana əsasən "Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, görüşdə Ombudsman aparatının Hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Vüqar Heydərov insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR