Güclü külək Bakının 6 rayonunda ağacları qırıb

img

27-05-2019 [15:14]


Bakıda ötən gecə müşahidə olunan güclü külək fəsadsız ötüşməyib.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov "Report”a bildirib ki, paytaxtın bir neçə rayonunda küləyin gücü səbəbindən ağaclar qırılıb.

O qeyd edib ki, Bakının 6 rayonunda - Sabunçu, Yasamal, Nəsimi, Binəqədi, Nərimanov və Suraxanıda ağac aşıb: "Həmin ağaclar  idarənin əməkdaşları tərəfindən təmizlənib".

Digər xəbərlər
SON XƏBƏRLƏR