Məhkumun alt paltarından telefon, şampundan isə narkotik çıxdı

img

27-05-2019 [15:06]


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 11 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Mia.az xidmətə istinadla bildirir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş şəxs Məmmədov Murad Həmzə oğlu Bakı İstintaq təcridxanasına qəbul olunarkən üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş 1 ədəd mobil telefon funksiyalı "Smart-Watch” markalı qol saatı və 1 ədəd danışıq kartı aşkar edilib.

Cinayət Məcəlləsinin 181.3.2; 177.2.2; 66.3; 317.2.1 və 67.1-ci maddələrinə əsasən 5 il 8 ay müddətinə azadlqıdan məhrum edilmiş və hal-hazırda 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hüseynov İlham Nəbi oğluna qohumu Bakı şəhər sakini Lələyev İlqar Şirqasım oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman 1 ədəd şampun qabının içərisində gizlədilmiş 11 ədəd rəngli şəffaf selofan bükülüdə 9,207 qram narkotik maddə "Heroin” aşkar edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR