Rəsmi Bakıdan "Keşikçidağ"la bağlı yeni açıqlama: "Gürcü zəvvarlar..."

img

27-05-2019 [14:08]


"Keşikçidağ" Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunur və qorunmaqda davam etdirilir.

Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçib:

"Gürcüstanlı zəvvarların "Keşikçidağ” qoruğunun ərazisində yerləşən mağaralara keçidləri, gürcü tərəfinin xahişinə və qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi. Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu hər bir tərəfin suveren hüququdur".

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR