İCRA BAŞÇISI JURNALİSTİ BELƏ DÖYDÜ - VİDEO

img

27-05-2019 [13:06]


Rusiyanın Xakasiya muxtar respublikasının Şirinsk rayonunun başçısı Sergey Zaytsev ona sərt sual verən jurnalistə hücum çəkərək yerə çırpıb.

"Rossiya-24” telekanalının "Xəbərlər. Növbətçi hissə” proqramının müxbiri İvan Litomin rayon başçısına dörd il əvvəl yanğında zərər çəkən sakinlərin nəyə görə hələ də qeyri-insani şəraitdə yaşadıqları haqda sual verib. 

Bundan sonra rayon başçısı jurnalistə hücum edib və onu döşəməyə yıxıb. Zaytsevin müavini isə rəisini dayandırmaq əvəzinə jurnalistin kamerasını bağlamaq istəyib.

Telekanal hadisə ilə bağlı baş prokurora, İstintaq Komitəsinin və DİN-in rəhbərliyinə müraciət edib, jurnalistin peşə fəaliyyətinə əngəl yaradılmasına görə rayon başçısının cinayət məsuliyyətinə tələb edilməsinə çağırıb.

Virtualaz.org

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR