Deputatdan Polad Bülbüloğluna sərt mesaj: "Elə cavab verərdim ki, dəymişlərin dura-dura..."

img

27-05-2019 [12:59]


Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə sabah Azərbaycana deportasiya ediləcəyi gözlənilən jurnalist Fuad Abbasovla bağlı qalmaqallı müsahibə verib. 

 Həmin müsahibə deputatla Rusiyadakı səfirimiz Polad Bülbüloğlunu üz-üzə qoyub.

P.Bülbüloğlunun dediklərinə A.Əlizadə yenidən  sərt cavab verib:

"Açığı, ona heç cavab vermək fikrim yoxdur. Çünki o, kimdir ki, ona bir cavab da verim? 

Əgər səfir olmasaydı, ölkəmizi təmsil etməsəydi, ona elə cavab verərdim ki, dəymişləri dura-dura kalları tökülərdi.  Mən özümə bərabər insanlara cavab verə bilərəm. Uzun illərdir səfirdir, heç olmasa bir dəfə Azərbaycan Konstitusiyasını açıb oxusun. Deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşıdır. Konstitusiyanı oxusa, bilər ki, Azərbaycanda ikili vətəndaşlığa icazə verilir, ya yox? Onun belə fikirlər səsləndirməsi sadəcə, ayıbdır. 

Mətbuata diqqət edin, görəcəksiniz ki, Fuad Abbasov Azərbaycan yoxsa Türkiyə vətəndaşıdır. Polad Bülbüloğlunun yalanlarını çıxarmaq üçün mənə niyə belə suallar verirsiniz? Bundan sonra ona cavab vermək belə fikrim yoxdur. Hər bir insan özünə bərabərhüquqlu olanla mübahisə edər. Deyib ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparır. Kiminlə istəyirsə aparsın, mənə nə dəxli var?”

Qeyd edək ki, P.Bülbüloğlu deputatı savadsızlıqda da ittiham edib. "Deputat olan bir şəxs belə savadsız fikirlər söyləməz. Guya rusiyalı deputat Kalaşnikov ona deyib ki, səfirə müraciət etmişik ki, bizə tok-şoular üçün politoloq versin. Ancaq səfir deyib ki, belə adamlar yoxdur. Deputat olan kəs bilməlidir ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparır” – deyə səfir bildirib.

 "Yeni Müsavat”

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR