Evə basqın edib qadının əl-qolunu bağlayan iki nəfər... - Həbs edildilər

img

27-05-2019 [12:53]


Şəmkir rayonunda evə basqın edən maskalı şəxslər saxlanılıb.

DİN-dən  Mia.az-a verilən məlumata görə, mayın 20-də DİN-in "102 - Zəng Mərkəzi” Xidmətinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yaşayan G.Qasımovanın evinə girmiş iki maskalı şəxsin onun əl və ayaqlarını bağlayaraq oradan 3000 rubl, bir ədəd mobil telefon və qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin şəxslərin Samux rayon Qarayeri qəsəbə sakinləri - 31 yaşlı Vəli Şəfiyev və onun tanışı, əvvəllər məhkum olunmuş, 28 yaşlı Yusif Kazımov olduğu müəyyən edilib. 

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər. 

Həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətmələri ehtimal olunduğundan istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR