Gürcüstanda yeni siyasi partiya yaradılıb

img

27-05-2019 [12:48]


Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının keçmiş üzvləri "Ədalət naminə” adlı partiya yaradıblar.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yeni partiyanın təsisçilərindən biri Eka Beselia mətbuat konfransında bildirib.

O deyib ki, partiyanın əsas məqsədi ölkədə ədalətin bərpa olunmasıdır.

Partiyanın təsis qurultayı iyunun 20-də keçiriləcək.

E.Beselia ilə yanaşı, partiyanın təsisçiləri Zviad Kvaçantiradze və Gedevan Popxadzedir. Onlar partiya ilə bağlı müxtəlif siyasi təşkilatlar və siyasətçilərlə məsləhətləşmələr aparacaqlarını bildiriblər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR