Gürcü XİN-dən "Keşikçidağ"la bağlı daha bir bəyanat: "Prosesi yanlış..."

27-05-2019 [12:40]

"Azərbaycanla sərhədin delimitasiyası başa çatmayana qədər heç kəs prosesi yanlış interpretasiya etməməlidir”.

Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

O, komissiyanın yenilənməsini çox vacib adlandırıb: "Komissiyanın fəaliyyəti uzun müddət dayandırılmışdı. İlk görüşün baş tutması vacibdir. Növbəti görüş Tbilisidə olacaq. Komissiya Keşiçki Dağı Məbəd-Kompleksi daxil olmaqla konkret məsələləri müzakirə edir, onun həmçinin cari proseslərə dərhal reaksiya vermək funksiyası da var. Status-kvonun dəyişdirilməsi ilə bağlı hər hansı bir fikir olmamalıdır”.

Report



SON XƏBƏRLƏR