Tramp: "Biz İranın nüvə silahına malik olmamasına çalışırıq”

27-05-2019 [11:44]

"İranda rejimi dəyişməyə cəhd etmirik, biz onların nüvə silahına malik olmamalarına çalışırıq”.

Bunu ABŞ Prezidenti Donald Tramp mayın 27-də Tokioda Yaponiyanın Baş naziri Sinzo Abeilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.

Bir müddət əvvəl ABŞ prezident bildirmişdi ki, İran ABŞ-la danışıqlar aparmaq niyyətində olsa, Vaşinqton bu təklifi müsbət qarşılayacaq.

İranın Xarici İşlər naziri Cavad Zərif isə qeyd edib ki, Tehran müharibə istəmir və ABŞ-la silahlı münaqişədən yayınmaq olar/Report.



SON XƏBƏRLƏR