"...əməyimiz insanların gözündə heç olacaq" - "Çelsi"li futbolçu

27-05-2019 [11:31]

"Final bir səhvin səni cəzalandıracağı oyundur, ona görə də əvvəlki səhvlərimizdən dərs çıxarmalıyıq. Biz müdafiəçilərin işi qapını toxunulmaz saxlamaqdır, amma işimizin 90 faiz doğru etsək və rəqib qalan 10 faiz-də 1 qol vursa, əməyimiz insanların gözündə heç olacaq". 

Bunu İngiltərənin "Arsenal" klubunun futbolçusu Şkodran Mustafi Bakıda "Çelsi"yə qarşı keçirəcəkləri Avropa Liqasının final matçından əvvəl "goal.com"a açıqlamasında bildirib.

Almaniyalı dünya çempionu "Çelsi"yə nisbətən final təcrübələrinin az olduğunu qeyd edib: "Komandamızda bundan əvvəl finalda iştirak etməmiş bir çox oyunçu var. Amma bunun bizim üçün müsbət hal olduğunu düşünürəm. Çünki meydanda qələbə qazanmaq üçün daha istəkli olacaq və səbrsizliklə qalib gəlmək istəyəcəyik. Ona görə də bu amilin bizə daha çox müsbət təsir göstərəcəyini düşünürəm. Kuboku qazanmaq komandamız üçün vacibdir, çünki karyeranızı bitirdikdən sonra kubokların sayacaqsınız". 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 23:00-da başlayacaq/Report.



SON XƏBƏRLƏR