"Çelsi"də növbəti itki: "Dünya çempionu Bakıya gələ bilməyəcək"

img

27-05-2019 [10:04]


İngiltərənin "Çelsi" klubu Bakıda "Arsenal"la keçirəcəyi Avropa Liqasının final matçı ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.

"The Guardian"nın verdiyi məlumata görə, yarımmüdafiəçi N Qolo Kante son məşqlərdən birində dizindən zədələnib. Fransalı dünya çempionundan əlavə, Antonio Rüdiger, Kallum Hadson-Odoi və Ruben Loftus-Çik də eyni səbəbdən həlledici qarşılaşmada "zadəganlar"a kömək edə bilməyəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 23:00-da başlayacaq/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR