Müsavatın Gənclər Təşkilatının sədri istefa verdi: "Sağ olsunlar..."

img

26-05-2019 [23:29]


Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqov bu gün vəzifəsindən istefa verib.

Mia.az xəbər verir ki, o, 2 il 12 gün rəhbərlik etdiyi Gənclər təşkilatının sədrliyindən istefa verməsini yaş həddi ilə əlaqələndirib.

"Müsavat Partiyasının nizamnaməsi yaş həddinə görə bunu tələb edir", - deyən Sadıqovun sözlərinə görə, bu gün  sonuncu dəfə rəhbərliyi ilə Müsavat Gənclər təşkilatının tam heyətlə şura iclası keçirilib:

"İstefamı şuraya təqdim etdim və Şura üzvləri də sağ olsunlar, yekdilliklə təklifin lehinə səs verərək, məni istefaya göndərdilər".

Əbülfəz Sadıqov bildirib ki, növbəti konfransa qədər müsavatçı gənclərə bugünkü iclasda gizli səsvermə yolu ilə seçilmiş 5 nəfərdən ibarət Təşkilat Komitəsi rəhbərlik edəcək.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR