Bakıda iki dəhşətli hadisə: gənc qız və oğlan binadan özlərini atdı

26-05-2019 [18:38]
Bakıda iki gəncin ölümü ilə nəticələnən intihar hadisələri baş verib.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata görə, intiharlardan biri paytaxtın Nizami rayonunda qeydə alınıb.

Q.Qarayev küçəsi, 81 A ünvanında 19 yaşlı oğlan özünü 9-cu mərtəbədən atıb. O, hadisə yerindəcə dünyasını dəyişib.

Digər analoji hadisə Bakının Nərimanov rayonunda, Aşıq Molla Cümə küçəsi, bina 7A ünvanında olub. Burada 25 yaşlı qız özünü binanın yuxarı mərtəbəsindən yerə atıb. O da aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil.


SON XƏBƏRLƏR
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi