Magistraturalara qəbul imtahanının ikinci mərhələsi keçirildi - Cavablar nə vaxt açıqlanacaq?

img

26-05-2019 [15:59]


Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

Mia.az xəbər verir ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə, 27 binada aparılıb.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.

Sabahdan etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.

 İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının II mərhələsi ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Bakalavrlar Apellyasiya Komissiyasına mayın 27-si, 29-u və 30-u saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR