"Allah eləməsin, Türkiyəni uzaqmənzilli raketlə vura bilərlər" - Türk nazirdən ABŞ-a sərt mesajlar

img

26-05-2019 [15:53]


İstanbulda bir dərnək tərəfindən təşkil edilən toplantıya qatılan Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu maraqlı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Rusiyadan alınacaq S-400 raketləri ilə bağlı yaranmış mübahisə ilə bağlı suallara cavab verərkən, ABŞ-ın ünvanına sensasion ittihamlar səsləndirib.

Soylu deyib ki,  həmin silahlar mütləq alınmalıdır. Çünki sabah Türkiyənin hansısa nöqtəsinə uzaqmənzilli raketlə hücum edə bilərlər:

"İndi mən soruşuram: almayaqmı S-400-ləri? Bəs hanı müstəqillik, hanı azadlıq?

Bu gün imkanımız oldu, bu gün ala bilirik. Dünən imkanımız yoxdu. Sadəcə, pul imkanı deyil, özgüvənimiz və gücümüz yox idi, ancaq bu gün tam anlamı ilə var. Allah eləməsin, Türkiyənin hər hansı bir nöqtəsinə uzaqmənzilli raketlə hücum edə, vura bilərlər. Ona "eyvah" naləmiz pulla ölçülməz, fayda verməz".

Çıxışını davam etdirən Süleyman Soylu daha sonra ABŞ-ın bir müddət əvvəl ona və digər nazirə sanksiya tətbiq etməsinə də toxunub: "Amerika mənimlə ədliyyə naziri Abdulhamid bəyi təcavüzçülərin, terrorçuların siyahısına daxil etdi. Dərdləri sadəcə biz, iki adam idi yəni? Bunu biz 15 iyul çevrilişə cəhd günün sabahı "Bu çevriliş cəhdinin arxasında Amerika vardır" dediyimiz üçün etdilər?

Xeyr. Dərdləri Türkiyədir. Demək istəyirlər ki, "Patron mənəm, sənə istədiyimi edərəm". ABŞ-ın dediyi budur. O zaman təslim olaq, mücadilə etməyək. Bu gün biz təslim olma vaxtini geçdik, bu gün bizim dirənmə, durma vaxtımızdır. Bir maliyyə cədvəli ilə yıxılan, devrilən Türkiyədə bizi bir gecədə 100 faiz kasıblaşdırdılar. İndi də onu istəyirlər bizdən. Biz isə dirənirik. İllərdir qazandıqlarımızı bir gecədə almaq istəyirlər. Biz də vermək istəmirik. Bütün mücadilə budur, bütün qovğa budur".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR