"O 200 minin səsini alan İstanbulu rahat qazanacaq" - İmamoğlu ilə Yıldırımın baş-başa yarışı...

img

26-05-2019 [15:15]


23 iyunda İstanbul bələdiyyəsinə keçiriləcək seçkinin qalibini kürd seçicilər müəyyən edəcək.

Mia.az xəbər verir ki, bu sözləri "Konsensus" Sosiloji Araşdırma Mərkəzinin sədri Murat Sarı "Habertürk"ə açıqlamasında deyib.

Mərkəz sədri qeyd edib ki, İstanbulu kimin fəth edəcəyi hələı qeyri-müəyyəndir. 

Belə ki, seçki yarışında AKP-li namizəd Binəli Yıldırımla CHP-li namizəd Əkrəm İmamoğlunun şansları təxminən eynidir: "Hər iki namizədin seçki yarışında şansı demək olar ki, baş-başadır. Bu seçkiyə ürəyində HDP (Türkiyədə kürdlərin partiyası hesab olunur-Mia.az) olub, lakin nə CHP, nə də AKP-yə səs verməyən seçicilər vacib möhürü vuracaq. Baxın, həmin 200 min seçici seçicilərin 2 faizini təşkil edir. Bəli, o 200 min seçicinin səsini alan İstanbulu rahat qazanacaq".

Xatırladaq ki, HDP İstanbulda təkrar seçki qərarından sonra toplanaraq, Əkrəm İmamoğlunu dəstəkləyəcəklərinin qərarını verib.

Onu da qeyd edək ki, 31 mart seçkilərində İmamoğlu Yıldırıma 12 min səs civarında qalib gəlsə də, YSK (MSK) sonradan iqtidar partiyasının tələbi ilə seçkinin nəticələrini ləğv edib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR