"Dost ölkələrə səfərlərim zamanı..." - Zurabişvilidən mübahisəli sərhədlə bağlı rəsmi Bakıya daha bir mesaj

img

26-05-2019 [14:32]


"Hamıya aydındır ki, dövlətin müstəqilliyi sərhədlərsiz qoruna bilməz. Buna görə də dost ölkələrə səfərlərim zamanı sərhədlərin delimitasiyası məsələsini qaldırdım”.

Bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik gününə həsr olunmuş tədbirdə çıxışında bildirib.

O deyib ki, sərhədlərin delimitasiyası işini yekunlaşdırmaq lazımdır: "Bu problemi həll etmək lazımdır. Bizim mehriban qonşuluq münasibətlərimiz və bölgədə sabitliyə heç nə mane olmamalıdır”.

S.Zurabişvili Gürcüstan və Azərbaycan arasında sərhədlə bağlı komissiyanın fəaliyyətinin bərpa olunduğunu alqışladığını qeyd edib: "Ümid edirəm ki, yaxın gələcəkdə dövlətin maraqlarına uyğun müvafiq nəticə əldə olunacaq”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR