Qaradağda məscidlə bağlı qalmaqal... - İH susur, ancaq vətəndaş vasitəsi ilə icma sədrini savadsızlıqda ittiham edir

26-05-2019 [13:39]
Bakının Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən məscidin ərazisinin hasarının icra başçısı Süleyman Mikayılovun göstərişi ilə sökülərək, ərazisinin alınması ilə bağlı qalmaqal davam edir.

Xatırladaq ki, Mia.az saytı "Yeni Müsavat"a istinadən bu braədə qalmaqalla bağlı dünən xəbər yayıb.

Həmin xəbərdə qeyd edilirdi ki, rayon icra başçısı Süleyman Mikayılovun göstərişi əsasında mayın 23-də əraziyə gələn İH əməkdaşları məscidin həyətyanı ərazisinin hasarını söküb. Söküntü prosesində icra başçısının müavini və arxitektor iştirak edib.

İH rəsmiləri sökülmə ilə bağlı icmaya hər hansı bir rəsmi sənəd  təqdim etməyiblər. Bildirilib ki, bir neçə gün əvvəl əraziyə gələn rayonun icra başçısı məscidin ərazisinin geniş olduğunu, bu qədər ərazinin məscid üçün çox olduğunu deyərək əməkdaşlara ərazini kiçiltməyi göstəriş verib.

Məsələ ilə bağlı icma sədri Ramin Həsənli bildirib ki, "Qarabağ şəhidləri” adı verilmiş məscid Ümid qəsəbəsində 2000-ci ildə inşa olunub. 2009-cu ildə isə məscidin icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb və rəsmi status alıb.

İcma sədri deyir ki, 2012-ci ildə məscidin ərazisi qəsəbə bələdiyyəsi tərəfindən təsdiqlənib və 120 metr uzunluğu və 120 metr eni olmaqla ümumilikdə 1,44 hektar ərazi məscidə verilib. 2014-cü ildən isə məscid QMİ-nin balansına daxil olub. 2014-cü ildən sonra məscidin həyəti hasarlanıb və məscid yardımçı binalarla birlikdə icmanın balansında olub.

Çox maraqlıdır ki, rayon İcra Hakimiyyəti iddialara birbaşa deyil, qəsəbədə yaşayan şəxslərin adı ilə  münasibət bildirib.

Belə ki, rayon İcra Hakimiyyətinin həmişə saytlara press-reliz göndərilən poçtundan (Qaradağ Rayon İcra Hakimiyyə[email protected]) Mia.az-a Ümid Qəsəbə sakini Ceyhun Abdullayevin adı ilə təkzib məktubu daxil olub.

Həmin şəxs iddia edib ki, Ümid qəsəbə məscidinin icma sədri Ramin yalan danışır, ictimaiyyəti çaşdırır: "Onun savadsızlığı ucbatından 14 sot torpaq sahəsi videoda 1,4 hektar kimi göstərilir...

Qaradağ rayonunun Ümid qəsəbəsində qəsəbə Məscidi 2000-ci ildə bələdiyyə tırıfindın ayrılmış torpaq sahəsində tikilmişdir. Orada məscid, ölü meyidi yuma yeri, sanitar qovşağı və digər yardımçı binalar inşa olunmuşdur.

İcma sədri Raminin müsahibəsi ilə bağlı bildirirəm ki, zəbt olunmuş torpaq boşaldılıb.

Hal-hazırda məscidin ərazisi çox genişdir. Qeyd edim ki, artıq musavat.com saytinda rəsmi cavab yerləşdirilib və Qafqaz müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə rəsmi nümayəndəsi bu məsələ ilə bağlı münasibət bildirib.




İcma sədrini narahat edən isə onun istifadəsində olan qanunsuz 1 ha torpaq sahəsinin zəbtdən azad olunaraq, dövlətə qaytarılmasıdır.

Məscid isə yerindədir, sökülməmişdir və bu məscidin Qarabağ qaziləri adına olmasını ilk dəfə bu videodan eşitdim".

Qəsəbə sakini iddia edib ki, bu barədə bəzi saytlarda yayımlanan məlumatlar yalandır.


SON XƏBƏRLƏR
11:21 27.06.2019
Deputatlar toplanır