26-05-2019 [00:11]
Qoç - gün sakitlik, rəvanlıq, sevinc vəd etmir. Maraqlandığınız məsələni araşdırın, gərəkli işlə məşğul olun. Yaxın ətrafınızdakı insanların sizi işdən ayırmalarına imkan verməyin.
İddia və tələblər çox olacaq. Məqsədə çatmaq üçün var qüvvənizlə çalışın, geriləməyin.
Tanıdığınız insanlardan biri sizi təəssüfləndirəcək.
Münaqişə və sərt mübahisə də istisna deyil.
Bununla belə, etibarlı insanla gerçək əməkdaşlıq və tərəfdaşlıq möhkəmlənəcək, təmaslar daha da səbatlı olacaq.
Ümumi planı müzakirə etmək olar.
İmic dəyişəcək. Yeni obraz formalaşdıraraq məqsədlərinizə çatmaq üçün optimal variantı seçin.
Buğa - rəğbət və antipatiya hissləri güclənəcək. Emosiyalarınıza hakim olun. Təmkinli davranın, hövsələsiz olmayın, düşünülməmiş addımlar atmayın.
Hər şey plana uyğun getmirsə, təlaşa düşməyin. Stabil, yoxlanmış, etibarlı və cari variantı seçərək yolunuza davam edin. Real nəticələr əldə etməyə çalşın.
Günün ikinci yarısında ehtiyatlı, diqqətli olun.
Dostlarla münasibətlər aktivləşəcək. Onlardan qəfil xəbər, dəvət, vaxtı maraqlı keçirməklə bağlı təklif ala bilərsiniz.
Bununla yanaşı, dava, mübahisə, yorğunluq, tələsik nəticələr, tənha qalmaq ehtiyacı yarana bilər.
Axşam saatı ağlınıza gələn orijinal ideyaları unutmayın.
Əkizlər - göstəriş və əmr verməyin. Yaxın ətrafınızdakı insanlara dediklərinizin məntiqli və ağlabatan olmasına çalışın.
Fikir müxtəlifliyi, mübahisələr və emosional durumda hərə öz yerində olmalıdır. Anlaşmanın şərtlərini, razılaşmanı və ya təlimatı pozmayın.
İşin effektivliyi qeyri-rəvan ola bilər.
Yaranmış şəraitdən istifadə edərək resursları və qüvvənizi artırın. Yorulduğunuzu hiss etsəniz, dincəlin.
Düşünülməmiş addımlar atmayın. Yaşam müvazinətini poza biləcək sirləri faş etməyin. Təsadüfi olmayan təsadüflər silsiləsindən görüş və ya hadisə istisna deyl.
Yaşam seçim qarşısında qoyursa, praqmat və rasionalist olun. Emosional təzyiq duymayın.
Xərçəng - daxili gərginlik sizi bir işi yarımçıq qoyaraq başqa işə başlamağa vadar edəcək. Qayda yaratmağa başlamaq istəyirsinizsə, başlanan işi mütləq başa çatdırın.
Bütün diqqəti aktual mövzuya yönəldin. Amma situasiyaların heç bir səbəb və motivasiya olmadan dəyişməsinə hazır olun.
İşdə rəhbərlik və həmkarlarla mübahisə etməyin, amma çətin situasiyalarda həll axtarışlarından da yayınmayın. Mövcud şəraitdə yeganə doğru çözüm variantı tapıla bilər.
Axşam saatlarında açıq havada gəzintinin xeyri var.
Səhhətinizə diqqət verin.
Ənənəvi, faydalı vərdişlərinizi unutmayın.
Şir - diqqətiniz dağınıq olmasın, eyni vaxtda bir neçə obyekti sürəkli nəzarətdə saxlamağa can atmayın. Maraqlarınız sürətlə dəyişəcək, aldığınız məlumat və xəbərlər isə sizi cari işlərdən ayıracaq.
Görüş, mühüm məlumatın alınması, spontan toplantı və vizit istisna deyil.
Aşkar praktiki mənası olan işlə məşğul olun, xəyallar aləminə dalmayın. İntellektual və praktiki fəaliyyətin xüsusi mənası var.
Günün ikinci yarısında özünüzə vaxt ayırın.
İmicinizin qeydinə qalın, açıq havada gəzişin, sizə xoş insanlarla ünsiyyətdə olun, maraqlı kitab alın.
Şəxsi münasibətlər müstəvisində hissləri ayrıd etmək üçün yaxşı vaxtdır.
Qız - danışıqlar və ya görüşlər hansısa məsələnin maddi yönünü ön plana çıxara bilər. Həmsöhbətin zahiri görünüşü və sözlərinə aldanmayın.
Məntiqli davranın, mahiyyətini dərhal anlamadığınız hadisələrin məğzinə varmağa çalışın. Fəaliyyət və rolları inandığınız insanla müzakirə edərək razılaşdırın.
Yaşanan şərait sizi ön plana çıxararaq gözə görünən edəcək və bundan da yararlanmaq sizə qalır. Çünki indi baş verənlərin perspektivləri ümidlər, irəliləyiş və inkişaf vəd edir.
Bilik və bacarıqlarınızı nümayiş etdirin. Danışıqlar aparın, perspektivlərin genişləndirilməsi məsələləri ilə məşğul olun.
Günün ikinci yarısında nikbin olaylara can atın.
Axşam saatlarında dostlarla bir araya gəlin.
Aktiv olun. Planınıza riayət edin ki, mümkün qədər çox iş görə biləsiniz.
Tərəzi - yaxın perspektivlə bağlı planların hazırlanmasına və təhlilinə vaxt ayırın. Məlumat toplamaq, faydalı əlaqələr qurmaq və ya mövcud münasibətləri möhkəmləndirməklə məşğul olun. İdeyalarınız dəstək, təşəbbüsləriniz isə təqdir ala bilər.
Həmkarlarla qeyri-rəsmi münasibətlərdə xeyir var.
Sizi maraqlandıran şəxsi məsələni çözmək şansı yaranıb. Lakin şəraiti diqqətlə izləyin və əlverişli məqamın yarandığnı hiss edin.
Təhsil, tədris, idman, səfər, mədəni tədbirlər və əyləncə üçün yaxşı vaxtdır.
Şəxsi münasibətlər müstəvisində inkişaf gözlənilir.
Əqrəb - iş və ya layihənizin yarımçıq qalan hissəsini başa vurun. İşlərin başa çatmaqda olduğunu, həyatınızda düzən və qaydanın möhkəmləndiyini hiss etmək üçün gərəkli qərarlar qəbul edin.
Poçt qutularını yoxlayın, hadisələrin mərkəzində olun.
Yaşananlara vaxtında reaksiya verin, münasibət bildirin. Əlavə iş, ideya, yükdən qaçmayın.
Borcları qaytarmaq, hesabları ödəmək, iş yerində qayda yaratmaq üçün əlverişli vaxtdır.
Yaşamınıza daxil olan insanlar təsadüfi fiqurlar deyil. Münasibətlər və əməkdaşlğın yeni formalarının əsası qoyulur.
Səhhətinizin profilaktika, normal yuxu və vitaminlərə ehtiyacı var.
Oxatan - bu günün uğuru həmkar və tərəfdaşlarla münasibətlərin gedişatından asılıdır. Gərəkli bildiyiniz işin görülməsinə yaxın ətrafınızdakı insanları da ruhlandırmağı bacarın.
Gününüz boz və maraqsız olacaq.
Günün ikinci yarısında əzm və qəiyyətlə çalışaraq böyük iş görmək, həmfikirlərlə birlikdə mətiqi nəticəyə gəlmək olar.
Standart olmayan qərarlar uğur vəd edir. İşgüzar təkliflər və sövdələşmləri ilkin razılaşmalara ehtiyac duymadan qəbul edin.
Şəxsi münasibətlər müstəvisində romantik tədbirlər, görüş, danışıqlar üçün uğurlu vaxtdır. Axşam saatları gözəl jestlər edin, səxavətli olun.
Oğlaq - yeni işlər, layihələr, danışıqlar, ailə müzakirələri üçün əlverişli gündür. Ənənəvi rituallara, cari işlərin rutin axarına riayət etsəniz, vəziyyət pozitiv olacaq.
Həmsöhbətin əhvalındakı nüanslara diqqət yetirin. Mövqeyinizi əsaslandırın, təzyiqə və sərt təsirə əl atmayın.
Güc, qüvvə və potensialınızdan maksimum istifadə etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlara həddən ziyadə təsir göstərərək onların işlərinə kobud müdaxilə etməyin. Planlaşdırdığınız işlə bağlı nigaranlıq olarsa, təlaşa düşməyin.
Bütün imkanlardan eyni vaxtda yararlanmağa can ataraq yolunuzdan sapmayın. Əsas işə diqqət ayırın və onu inkişaf etdirin.
Alış-veriş üçün uğurlu gündür.
Dolça - görüş və tanışlq, təklif və etiraf yaşamınızdakı olaylara çox ciddi təsir edə bilər. Yeni əlaqələr sizi maraqlandırırsa, hadisələrin mərkəzində olmağa çalışın.
Praktiki işlər üçün uğurlu dönəmdir. Yaradıcı layihələrdə gərəkli məqamı aşkarlayaraq işləri məntiqli şəkildə başa vurmağa çalışın.
Bəzi işlərdə xüsusi məna ola bilər.
Valideynlər üçün uşaqların tərbiyəsi baxımından önəmli vaxtdır. Uşaqlarla ünsiyyətdə yaradıcı məqamları və ümumi maraqları tapın.
Bütün işlərdə nüanslar, səbr və qayğı çox vacibdir.
Səhhətinizə diqqət yetirin, profilaktiki tədbirlərlə məşğul olun.
Balıqlar - cari problemləri tərəfdaşlarla müzakirə edərək işin ağırlığını onlarla bölüşə bilərsiniz. İndiyədək gündəmə gətirilməyən və söylənməyən suallar səslənəcək.
Maddi və fiziki resurslarınızı tükətməyin.
Asan olmayan qərar qəbul edərək əsas məsələni seçərək ikinci dərəcəli məqamları təxirə salın. Məntiqli, soyuqqanlı davranışla böyük uğurlara nail ola bilərsiniz.
Məhsuldarlıq aktivliyiniz və əzminizdən asılıdır.
Gərəkli nəsnələrin hamısı əl altında olmalıdır. Yaxın ətrafdakı insanlarla yalnız zərurət yarandığı təqdirdə ünsiyyətdə olun.
Milli.Az
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir