"Arsenal" futbol komandası Bakıya gəldi - FOTO

25-05-2019 [23:58]
UEFA Avropa Liqasının final matçında "Çelsi" ilə qarşılaşacaq İngiltərənin "Arsenal" komandası Bakıya gəlib.

"Report"un "topçular"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətdə 24 futbolçu yer alıb:

Petr Çex, Bernd Leno, Deyan İliyev, Pyer-Emerik Obameyanq, Məhəmməd Elneni, Matteo Günduzi, Alex İvobi, Karl Cenkinson, Sead Kolaşinats, Loran Koselni, Aleksandr Lyakazet, Stephan Liştştayner, Ensli Metlend-Naylz, Naço Monreal, Şkodran Mustafi, Eddi Nketia, Məsut Özil, Sokratis Papastatopulos, Lukas Torreyra, Co Uillok, Qranit Caka, Denni Uelbek, Bukayo Saka, Xavyer Amaeçi.

"Arsenal"ı Bakıda "Natiq" ritm qrupu və bir qrup azarkeş qarşılayıb. Daha sonra komanda üzvləri otelə yollanıblar.

"Arsenal" "Çelsi" ilə mayın 29-da Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Matç saat 23:00-da başlayacaq.


SON XƏBƏRLƏR