Güclü külək 5 kəndi işıqsız qoyub - Qaxda

img

25-05-2019 [22:03]


Qax rayonunda güclü külək irigövdəli ağacları aşırıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, axşam saatlarında əsən güclü külək nəticəsində irigövdəli ağaclar aşaraq elektrik naqillərini qırıb.

Nəticədə rayonun Qorağan, Zəyəm, Lələli, Tasmalı və Turaclı kəndlərində elektrik enerjisi kəsilib.

Qax Elektrik Şəbəkədən "Report"a verilən məlumata görə, hazırda əraziyə şəbəkənin əməkdaşları cəlb olunub, fəsadların aradan qaldırılaraq adıçəkilən kəndlərə elektrik enerjisinin verilməsi üçün iş aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR