Musa Yaqubun oğlu: “Xəbəri bizə Rəşad Məcid verdi"

25-05-2019 [15:07]
"Atama Xalq şairi fəxri adının verilməsi ilə bağlı sərəncamı oxuduq, çox sevindik”.

Bunu "Report”a açıqlamasında Xalq şairi Musa Yaqubun oğlu Şəhriyar Yaqubov deyib.

O bildirib ki, atasının səhhəti yaxşı olmadığı üçün zənglərə onun adından cavab verir: "Təbriklər üçün hamıya təşəkkür edirik. Atamın səsi çıxmır. Danışdığını başa düşmək olmadığı üçün zənglərə cavab verməyi mənə tapşırıb. Xəbəri bizə Rəşad Məcid verdi. Sərəncamı oxuduq, çox sevindik”. 


SON XƏBƏRLƏR