Tramp Yaponiyaya gedib

img

25-05-2019 [13:40]


ABŞ prezidenti Donald Tramp mayın 25-də Yaponiyaya rəsmi səfər edib.

TASS xəbər verir ki, səfər mayın 28-dək davam edəcək.

Bu, 1992-ci ildən bəri ABŞ prezidentinin Yaponiyaya ən uzunmüddətli səfəridir. D.Trampın səfərinin əsas hissəsi mayın 27-də başlayacaq. Həmin gün o, Yaponiyanın baş naziri Sindzo Abe və mayın 1-dən taxta oturmuş Yaponiyanın yeni imperatoru Naruxito ilə görüşəcək.

ABŞ prezidentinin səfərinin təhlükəsizliyini Yaponiyanın 25 min polis əməkdaşı təmin edir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR