Nəsimi rayonunda məktəbdə tədbir - “Nəsimi ili” ilə bağlı + FOTOLAR

img

25-05-2019 [13:19]


Nəsimi rayonunda "Nəsimi ili” ilə bağlı növbəti tədbir Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə keçirilib. 

Mia.az xəbər verir ki, qonaqlar ilk öncə məktəbin foyesində "Nəsimi poeziyası” mövzusunda  məktəblilərin rəsm əsərlərindən ibarət sərgiyə baxıb.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki,  şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir: "Şairin irsinin tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. 1979-cu ildə Bakı şəhərinin Nəsimi rayonunda Nəsiminin heykəli ucaldılmışdır".  

Natıq "Nəsimi ili” ilə bağlı Nəsimi rayonunda keçirilmiş tədbirlər barədə də məlumat verib.  

Daha sonra tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR