Lənkəranlılar Hadı Rəcəblini ABŞ-a dəvət etdi

24-05-2019 [17:37]
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Monterey-Lənkəran Dostluq Assosiasiyasının dəvəti ilə mayın 25-dən 29-dək ABŞ-ın Monterey şəhərində səfərdə olacaq.

Mia.az Milli Məclisə istinadən bildirir ki, səfər zamanı keçiriləcək görüşlərdə Monterey və Lənkəran şəhərləri arasında yaradılmış qardaşlaşmış şəhər münasibətləri çərçivəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq, kənd təsərrüfatı və turizm sahəsində yeni imkanlar dəyərləndiriləcək.


SON XƏBƏRLƏR