“Liverpul”dan etiraz - Çempionlar Liqası ilə bağlı

24-05-2019 [16:04]
"Liverpul” Çempionlar Liqasının finalında "Tottenhem”lə keçiriləcək oyun üçün UEFA-nın onlar üçün ayırdığı bilet sayından narazıdır.

Mia.az xəbər verir ki, UEFA Madriddə yerləşən 67 min 829 nəfərlik tutumu olan "Vanda Metropolitano” stadionunda keçiriləcək həlledici oyunu üçün "Liverpul”a 16 min 613 bilet ayırıb. 

"Liverpul”un icraçı direktoru Piter Murun gələn həftə UEFA-nın prezidenti Aleksandr Çeferinlə görüşərək bu məsələni müzakirə edəcəyini bildirilir.

Qeyd edək ki, "Liverpul” – "Tottenhem” matçı iyunun 1-də keçiriləcək.


SON XƏBƏRLƏR