Gürcüstan parlamentinin komitə sədri: “Keşikçi Dağla bağlı məsələni siyasiləşdirmək olmaz”

24-05-2019 [15:42]
Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Tamar Xulordava hər kəsi Keşikçi Dağı Məbəd-Kompleksiilə bağlı məsələni siyasiləşdirməkdən çəkinməyə çağırıb.

O, bu məsələnin Gürcüstanın dövlət maraqlarına aid olduğunu deyib.

T. Xulordava bildirib ki, məbəd kompleksi məsələsinə soyuqqanlı yanaşmaq lazımdır: "Sərhədlə bağlı danışıqlar prosesinə əlavə çətinliklər yaratmaq olmaz. Azərbaycanda sərhədin delimitasiyası üzrə komissiyanın iclası keçirilir. Komissiyanın fəaliyyətinin nəticələrini gözləmək lazımdır”.

Komitə sədri qeyd edib ki, həddindən artıq gərginlik danışıqlar prosesinə mane olmamalıdır/Report. 


SON XƏBƏRLƏR