Ermənistan məhkəmə sistemində istefalar başlayıb

img

24-05-2019 [13:52]


Ermənistan Ali Məhkəmə Şurasının sədri Qaqik Arutyunyan tutduğu vəzifədən istefa verib.

Bu barədə Ali Məhkəmə Şurasının "Facebook” səhifəsində məlumat yayılıb.

O, mayın 20-də Ermənistanda məhkəmə binalarının qarşısında piketlərin təşkil olunmasına etiraz olaraq istefa verdiyini bildirib: "Bundan sonra Ali Məhkəmə Şurasının sədri və Şuranın üzvü kimi fəaliyyət göstərməyimi məqsəduyğun saymıram”.

Qaqik Arutyunyan 2019-cu il mayın 24-dən səlahiyyətlərinin icrasına son verdiyini yazıb.

Qeyd edək ki, Nikol Paşinyan məhkəmə hakimlərini istefa verməyə çağırmışdı. Ermənistanda güc strukturlarına məhkəmə hakimlərinin istefa ərizəsi yazmaları ilə bağlı təzyiq göstərmələri tapşırılığın verildiyi barədə xəbər də yayılmışdı/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR