Gənclər Sumqayıtda bir araya gəldilər - FOTOLAR

img

24-05-2019 [13:09]


İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və PH International təşkilatının dəstəyi ilə reallaşan "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsi çərçivəsindəmayın 23-də Sumqayıt şəhərində yerləşən Gənclər Evində millət vəkili Tahir Mirkişili ilə ictimaiyyətin görüşü keçirilib.

Mia.az-ın məlumatına görə, CESD-nin sədri Vüqar Bayramov deyib ki, bu görüşdə əsas məqsəd radikalizmə qarşı mübarizə tədbirləri və eləcə də multukulturalizmə ənənələri barədə müzakirələr aparmaqdır. 

Mərkəzi sədri radikal qruplara qoşulmağın ziyanları, səbəbələri və ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Millət vəkili Tahir Mirkişili cəmiyyətin və eləcə də texnoloji yenliklərin inkişafında gənclərin rolundan danışdı. O gənclərin innovasiya yaradıcıları olduğunu bildirərək öz fikir və tövsiyyələrini auditoriya ilə bölüşdü. 

Tədbirdə İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul, CİVİCUS Dünya Alyansının İdarə Heyətinin üzvü Ziya Quiyev, iqtisadçı ekspert İlqar Hüseynli və ekspert Eyvaz Qocayev fikirlərini gənclər ilə bölüşdü.

Daha sonra tədbir iştirakçıları öz fikirlərini bölüşərək onları maraqlandıran sualları iqtisadçılara ünvanlayıblar.




Digər xəbərlər
SON XƏBƏRLƏR