Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi bağlanacaq - Xəbərdarlıq

24-05-2019 [13:02]
"Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolunun 13-cü km-də (Hökməli dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur".

Mia.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat ayıb.

Bildirilib ki, bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq: "Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər”.



SON XƏBƏRLƏR