Türkiyədə Kommunist Partiyasının üzvü saxlanıldı

24-05-2019 [12:38]
Türkiyədə xüsusi təhlükəli terrorçu saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, polis Kommunist Partiyasının üzvü, partlayıcı qurğular üzrə mütəxəssis Umut Əmrahı Mersin vilayətində saxlayıb.

Əməliyyatın digər təfərrüatları açıqlanmayıb.

Qeyd olunur ki, bir müddət əvvəl Türkiyə Daxili İşlər Nazirliyi həmin şəxsin ələ keçirilməsi üçün 1,5 milyon lirə mükafat təyin etmişdi.


SON XƏBƏRLƏR