Prezident İlham Əliyev Rusiyanın Əmək və Sosial Müdafiə nazirini qəbul edib - FOTO

img

24-05-2019 [12:02]


Azərbaycan Prezidenti İlham Əliyev mayın 24-də Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə naziri Maksim Topilini qəbul edib.

Mia.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, sosial təminat sahəsində əlaqələr, təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Görüşdə Rusiyada və Azərbaycanda sosial sahənin müxtəlif istiqamətləri ilə bağlı həyata keçirilən islahatlardan danışılıb, təcrübə mübadiləsinin aparılması üçün yaxşı imkanların olduğu qeyd edilib. Eyni zamanda Maksim Topilinin səfəri zamanı müvafiq nazirliklər arasında imzalanacaq sazişin əhəmiyyətinə toxunulub.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR