Roman Abramoviç Bakıya gəlir

img

24-05-2019 [11:27]


İngiltərənin "Çelsi” klubunun sahibi Roman Abramoviç UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gələcək.

"Report”un "The Sun”a istinadən verdiyi məlumata görə, viza problemi üzündən "zadəganlar”ın Londondakı son ev matçlarını tribunadan izləyə bilməyən 53 yaşlı rusiyalı milyarder İsrail vətəndaşlığı alıb.

Bildirilir ki, Abramoviçin Azərbaycan səfərində məqsəd həm "Çelsi”yə dəstək olmaq, həm də kluba sadiqliyini ictimaiyyətə nümayiş etdirmək istəyidir.

Rusiyalı biznesmen 2003-cü ildən "Çelsi"nin sahibidir. İş adamı klubu 140 milyon dollara alıb. Onun rəhbərliyin dövründə London klubu 5 dəfə ölkə çempionu, tarixində ilk dəfə - 2012-ci ildə Çempionlar Liqasının, 2013-cü ildə isə Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, "Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında Londonun digər təmsilçisi "Arsenal” ilə qarşılaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR