İcra başçısı gənclərə xüsusi sertifikatlar təqdim edib - Könüllülərlə görüş + FOTOLAR

img

23-05-2019 [23:23]


Nəsimi rayon İcra Hakimiyyətində  fəaliyyət göstərən Nəsimi rayon Könüllüləri ilə görüş keçirilib. 

Mia.az xəbər verir ki, görüşdə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov bildirib ki, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanıb. 

Ölkə başçısı İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin  ölkə başçısı İlham Əliyevin  ətrafında sıx birləşdiyini və Könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olunduğunu nəzərə çatdırıb. 

Qeyd olunub ki, bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri,  dünya və Avropa  miqyaslı idman yarışlarını könüllülərsiz təsəvvür etmək mümkün deyil. 

Asif Əsgərov bildirib ki, Nəsimi rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə qoşulmuş gənclərdən 4 nəfəri müvafiq işlə təmin olunub.

Görüşdə çıxış edən könüllülər – Elvin Əjdərli, Nərmin Babazadə, Rövşən Baxışov, Nəzrin Məmmədova gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi qiqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə  və Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Nəsimi rayon Könüllülər qrupunda fəaliyyətə qoşulmuş gənclər  müxtəlif sosial bacarıqları, əmək vərdişləri aşılayan təlimlərdə və rayonda keçirilən tədbirlərdə yaxından  iştirak ediblər. 

Könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar təqdim edilib.





Digər xəbərlər
SON XƏBƏRLƏR