Ramazanın 19-cu gününün duası açıqlandı - İmsak və iftar vaxtı

23-05-2019 [22:15]

Sabah Ramazan ayının 19-cu günüdür.

Mia.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 24-də Bakıda imsak saat 03:32, iftar isə saat 20:14-dədir.

Ramazan ayının 19-cu gününün duası:

"Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin".

Tərcüməsi:

"İlahi, bu ayın bərəkətindən nəsibimi bol et, mənim yolumu xeyir-bərəkətlərinə doğru asanlaşdır və məni Öz yaxşılıqlarını qəbul etməkdən məhrum etmə, ey açıq-aşkar haqqa hidayət edən Allah!"

Allah orucunuzu qəbul etsin!



SON XƏBƏRLƏR
11:21 27.06.2019
Deputatlar toplanır