Prezident kəşfiyyatçıların pensiya təminatı ilə bağlı qanunu təsdiqlədi - Dəyişiklik

img

23-05-2019 [18:15]


Bu gün Prezident İlham Əliyev "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliyi təsdiq edib.

Mia.az xəbər verir ki, bununla da həmin qanunlarda iki dəyişiklik həyata keçirilib: 

Maddə 1. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 601; 2006, № 2, maddə 64, № 3, maddə 221; 2007, № 11, maddə 1078; 2008, № 8, maddə 710; 2010, № 3, maddə 172; 2014, № 7, maddə 763) 20.3-cü maddəsinə "tərxis olunan günə” sözlərindən sonra "(sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə)” sözləri əlavə edilsin.

Maddə 2. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1482-VQD nömrəli, 19 fevral tarixli 1515-VQD nömrəli qanunları) 1.0.5-ci maddəsinə "buraxıldığı günə” sözlərindən sonra "(sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə)” sözləri əlavə edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR