Belarus Qazaxıstana neft nəqli ilə bağlı danışıqları aktivləşdirməyi təklif edir

img

23-05-2019 [14:36]


"Belarus Qazaxıstandan neft nəqli ilə bağlı danışıqlar aparır və bu danışıqların aktivləşdirilməsini istərdik".

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstanın bu ölkədəki səfiri Ermuhammed Ertısbaevlə görüşdə bildirib.

"Bilirsiniz ki, biz hazırda karbohidrogen mənbələrinin nəqlinin şaxələndirilməsi ilə məşğuluq. Belarusa digər mənbələrdən nəqllə bağlı danışıqlar aparırıq. Bu il neft emalı zavodlarının modernizasiyasını yekunlaşdıracağıq. Buna görə də bizə dünya bazarından neft almaq bir az asan olacaq. Bununla əlaqədar olaraq Qazaxıstan neftinin nəqli ilə bağlı da danışıqlar aparırıq və istərdik ki, bu danışıqlar aktivləşsin. Düşünürəm ki, bu məsələni həll edə bilərik”,- Belarus prezidenti qeyd edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR