Qarabağdan olan “generallar” Paşinyanı devirmək üçün and içdi

img

23-05-2019 [13:39]


Qarabağdan olan "generallar” Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyirlər.

Bunu "Jamanak” yazıb.

"Bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxları və Qarabağdan olan "generallar" bir villaya toplaşıblar. Görüşü Samvel Karapetyan (separatçı rejimin "müdafiə nazirinin keçmiş müavini” - red.) təşkil edib. İştirakçılar Nikol Paşinyan hökumətini devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər. 

Görüşdə Samvel Aleksanyan (sahibkar, keçmiş hakim Respublikaçılar Partiyasından deputat, Ermənistana qənd və bitki yağlarının idxalı ilə məşğuldur - red.) da iştirak edib”, - yazıda qeyd olunub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR