Türkiyə İrandan təbii qaz idxalını dayandırıb

23-05-2019 [11:34]
"Türkiyə İrandan təbii qaz idxalını dayandırıb”.

"News.ru” xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Səlim Kıranın başçılığı ilə ABŞ-da səfərdə olan nümayəndə heyətinin üzvlərindən biri bildirib.

"ABŞ-ın strateji müttəfiqi olaraq biz İrana qarşı sanksiyanı poza bilmərik”,- deyə nümayəndə heyətinin adının açıqlanmasını istəməyən üzvü vurğulayıb.

Bildirilib ki, nümayəndə heyəti ABŞ-la Türkiyə arasında böhranı həll etmək məsqədi ilə Vaşinqtonan səfər edib. Onlar artıq prezident Donald Trampla görüşüblər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın İrandan təbii qaz almasına icazə verdiyi 8 ölkədən biri də Türkiyə idi. Ancaq mayın 2-dən bu möhlət başa çatıb/Report. 


SON XƏBƏRLƏR