Masallı rayon sakini külli miqdarda narkotiklə Balakəndə tutulub

img

23-05-2019 [10:26]


Masallı rayon sakini külli miqdarda narkotiklə Balakəndə tutulub.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, rayonun Hənifə kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyi narkotik vasitəni qurutmaq üçün sərən Masallı rayon sakini 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb.

S.Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kiloqrama yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülüb. 

Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR