Bu marşrut xətti üzrə hərəkətdə dəyişiklik ediləcək - Sabah

img

22-05-2019 [21:29]


Sabahdan 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Mia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.. 

Bildirilib ki, dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.

Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq, M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR